“Dollar siyasi mübarizə aləti kimi istifadə olunur” - Putin

21:26 - 26 İyul 2023

“Dollar siyasi mübarizə aləti kimi istifadə olunur” - Putin

"Dünya maliyyəsində dollar siyasi mübarizə aləti kimi istifadə olunur".

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS Yeni İnkişaf Bankının rəhbəri Dilma Russefflə görüşü zamanı bildirib.

O, BRİKS maliyyə institutunun inkişafının vacibliyini qeyd edib.

“İndiki şəraitdə qlobal maliyyədə baş verənləri və dolların siyasi mübarizə aləti kimi istifadəsini nəzərə alsaq, BRİKS-in bunu etməsi asan deyil”, - deyə o bildirib.

Qeyd edək ki, Moskva birjasında dolların məzənnəsi iyulun 17-dən bəri ilk dəfə olaraq 90 rubldan aşağı düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az