Nigerdə hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, özlərini “Vətənin Mühafizəsi üzrə Milli Şura (VVŞ)” adlandıran bir qrup əsgər qərargahda çəkdikləri və dövlət televiziyasında yayımladığı videoda çevriliş bəyanatını oxuyub.
Bəyanat polkovnik-leytenant Amadou Abdramane tərəfindən oxunub. Bəyanatda təhlükəsizlik vəziyyətinin pisləşməsi və ölkənin yaşadığı sosial-iqtisadi böhran səbəbindən prezident Məhəmməd Bazumun devrilməsi və konstitusiyanın fəaliyyətinin dayandırıldığı bildirilib.
Açıqlamada saat 22:00-05:00 arasında komendant saatı tətbiq ediləcəyi və bütün sərhədlərin bağlandığı qeyd edilib.
Prezident Məhəmməd Bazum səhər saatlarında Prezident Mühafizə Alayı tərəfindən saxlanılıb.
Xalq çevrilişin qarşısını almaq üçün küçələrə çıxıb və Bazumun azadlığa buraxılması üçün etiraz aksiyası keçirib.
Aygün
Manşet.az