ABŞ-ın Arizona ştatında Alisiya Navarro adlı 14 yaşlı qız 2019-cu ilin sentyabrında qəfildən yoxa çıxıb.
Manset.az xaric mediaya istinadən xəbər verir ki, ailəsinə qayıdacağına dair qeyd qoyan qız 4 ildən sonra yüz kilometrlərlə uzaqlıqda, Kanada sərhədinə yaxın Montana ştatındakı polis bölməsinə müraciət edib.
2019-cu ilin sentyabrında yoxa çıxan qızın indiyədək harada olduğu barədə hələlik heç bir məlumat yoxdur.
Polis idarəsinin əməkdaşları Alisiyanın səhhətinin yaxşı olduğunu, lakin psixoloji olaraq sarsıldığını bildiriblər. Qeyd olunub ki, Alisiya Navarro polis bölməsinə gələndə tək olub.
Polis qızın 4 il ərzində harada olduğunu araşdırır. Hadisə hələki sirr olaraq qalır.
Aygün
Manşet.az