Meksikadan ABŞ-a nota

12:40 - 27 İyul 2023

Meksikadan ABŞ-a nota

Meksika ABŞ-a üzən maneənin tikintisi ilə bağlı iki diplomatik nota göndərib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatının Meksika ilə sərhəddəki Rio Qrande çayı üzərində tikməyə başladığı üzən maneə Meksika rəsmilərinin reaksiyasına səbəb olub.

Meksika xarici işlər naziri Alisiya Barcena baryerin iki ölkə arasındakı razılaşmaları açıq şəkildə pozduğunu bildirib.  

Üzən maneələrin qurulduğu əraziyə baş çəkən Alisiya Barcena qurulan şamandıraların suyun istiqamətini dəyişdiyini və onun axmasına mane olduğunu müşahidə edib. Xarici işlər naziri həmçinin bildirib ki, indiyə qədər tikilən 305 metr uzunluğundakı maneənin 230 metri Meksika sərhədlərində tikilib.

Texas qubernatoru Greq Abbott isə iyun ayında imzaladığı yeni təhlükəsizlik qanununu narkotik və silah qaçaqmalçılarının və immiqrantların Meksika sərhədindən keçməsinin qarşısını almaq üçün Rio Grande çayı üzərində üzən maneənin inşasını həyata keçirdiyini açıqlamışdı.

Qeyd edək ki, Qubernator Abbott ABŞ prezidenti Co Baydeni sərhəd təhlükəsizliyi siyasətlərinə görə dəfələrlə tənqid edərək Texas əyalətinin xətti qoruyacağını bildirmişdi.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az