Türkiyəli məşhur aktrisa Nəbahat Çehrə son dəbə uyğunlaşaraq özünü Barbieyə bənzədib.
Manset.az Türkiyə mediasına istinadən xəbər veri ki, aktrisa İnstaqram səhifəsində “Barbie” temalı paylaşım edib.
79 yaşlı usta sənətçinin bu tendensiyaya qoşulması izləyicilərinin marağına səbəb olub.
İllər keçməsinə baxmayaraq gözəlliyini qoruyub saxlamağı bacaran Nəbahat Çehrəni fanatları “Barbie”yə bənzədib.
Qeyd edək ki, “Barbie” filmi ilə son zamanlar sosial mediada yeni bir trend başlayıb. Bu trendə bir çox məşhurlar qoşulub.
Aygün
Manşet.az