Ən tənbəl bürclər hansılardır?

13:45 - 27 İyul 2023

Ən tənbəl bürclər hansılardır?

Astrologiyaya görə bəzi bürclər doğuşdan tənbəldirlər.

 

Manset.az tənbəllikdə ad çıxaran bürcləri təqdim edir.

Qoç bürcü: Qoç çirkli mühitdə yaşamağı sevmir. Amma yır-yığış etməklə də arası yoxdur. Çünki onlar evdə çox vaxt keçirmirlər. Qonaq qəbul etməyi sevmirlər deyə təmizlik işinə də ehtiyac duymurlar. Bu baxımdan qoçlar inanılmaz dərəcədə rahatdırlar.

Xərçəng bürcü: Öz xatirələrinə çox bağlı olan xərçəng bürcü köhnə əşyaları atmaqda çətinlik çəkirlər. Onlar hər şeyə qarşı həddindən artıq həssas yanaşırlar. Xərçəng bürcündən olan insanlar səliqəni qəti sevmirlər. Hamam otaqlarında çirkli pal-paltar görsəniz, təəccüblənməyin.

Əkizlər bürcü: Əkizlər həmişə məşğuldur. Onlar son dərəcə sosial olduqları üçün evdə qalmırlar. Həqiqətən ehtiyac olmadıqca, heç vaxt toz almır, təmizlik işləri görmürlər. Bu səbəbdən ev işlərinə çox əhəmiyyət verməz və təmizlik işləri üçün özlərini yormazlar.

Oxatan bürcü: Oxatanlar eyni anda bir şey haqqında düşünürlər. Ona görə də oxatan bürcünün təmizlik həvəskarı olmasını gözləmək yersiz olardı. Ev işləri onlar üçün deyil. Onlardan kirli paltarlar yumaq kimi bir iş tələb olunduqda ağların yaşıl və çəhrayı rəngdə olması mümkündür. Çünki ağılları daima məşğuldur.

Dolça bürcü: Dolçalar dərin düşüncəli insanlardır. Onlar fikirlərlə o qədər məşğuldurlar ki, təmizlik etmək dolçanın ağlına belə gəlmir. Onlar oturub kitaba dərindən dalacaq, mühazirə oxuyacaqlar və ya biliklərini artıracaq başqa bir məşğuliyyət tapacaqlar. Lakin heç vaxt təmizlik üçün hərəkətə keçməyəcəklər. Dolça öz qarışıqlığında nizam yaradır və belə yaşayır. Onların mürəkkəb həyatını anlamaq həqiqətən də çətindir.  

Balıq bürcü: Balıqlar xəyalpərəstdir və bu səbəbdən bir az dağınıq ola bilirlər. Onlar əmizliklə məşğul olarkən hər bir neçə dəqiqədən bir fikrə gedəcəklər. Dəticədə düşən pərdə, portağal qabıqları, hamısı bir tablo kimi ortada qalacaq. Balıqların dağınıqlığı zamanla böyüyüb və çox sıxlaşa bilər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az