ABŞ Konqresi bu gün keçirdiyi tarixi iclası ilə gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iclasda UFO və UAP kimi tanınan naməlum obyektlər və ya naməlum hava hadisələri müzakirə olunub.
İclasda Milli Təhlükəsizlik, Sərhəd və Xarici İşlər alt komitəsinin nümayəndələri iştirak edib.
ABŞ ordusunda xidmət etmiş 3 şahid xidmət zamanı rastlaşdığı naməlum obyektlər barədə ifadə verib.
Şahidlərdən xidmət zamanı havadakı naməlum və anormal müşahidələrini təsvir etmələri istənilib.
ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyatçısı Devid Qruş bildirib ki, indiyədək ən azı 12 yadplanetli aparatın qalıqları tapılıb.
Aygün
Manşet.az