İran Rusiyaya məxsus döyüş təyyarələrini almaqdan imtina etdi

16:57 - 27 İyul 2023

İran Rusiyaya məxsus döyüş təyyarələrini almaqdan imtina etdi

İran Rusiyanın “Suxoy-35” qırıcılarını almaqdan imtina edib.

 

Manset.az Azadİran-a istinadən xəbər verir ki, məlumatı Almaniyanın “Flog Review” jurnalı verib.

Beləki, Rusiya İrana qırıcıların ehtiyat hissələrinin istehsalı texnologiyasını öyrətməkdən və növbəti 30 il ərzində ölkədə təyyarələrə texniki xidmət göstərməkdən imtina edib. Bunun üçün İran Rusiyaya məxsus döyüş təyyarələrini almaqdan imtina edib.

Adıçəkilən aviasiya jurnalı qeyd edib ki, İran Rusiyadan ilk “Suxoy-35” qırıcı təyyarəsini almalı idi, lakin bu müqavilə tamamilə ləğv edildi. Çünki İran tərəfi Rusiyanın təklifindən narazıdır.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az