Çağla Şikel buzla dolu çəlləyə girdi

17:46 - 27 İyul 2023

Çağla Şikel buzla dolu çəlləyə girdi

Türkiyəli model Çağla Şikel soyuq qorxusunu aradan qaldırmaq üçün buzla dolu çəlləyə girib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, soyuq qorxusuna son vermək üçün oğlu Kuzeylə buzla dolu çəlləyə girən Çağla Şıkel həmin anları sosial şəbəkədə paylaşıb.

Oğlunun və özünün soyuğa nifrət etdiyini bildirən Şıkel paylaşımının altına bu qeydi yazıb:

“O məndən cəsarət aldı, mən də ondan... Səninlə belə bir təcrübə yaşamaq inanılmaz idi, mənimlə olduğun üçün çox şadam oğlum, sağ ol. İkimiz də soyuqdan nifrət edirik. İkimiz də sevmirik, soyuq suda çimməyi, soyuq duş qəbul etməyi... Amma beynimdəki bu stereotipləri qırmaq istəsəm də, onun sağlamlığa faydaları haqqında oxuyandan sonra sınamağı da səbirsizliklə gözləyirdim... Günlərdir buna zehni olaraq hazırlaşırdım. Mən soyuğa deyil, yalnız nəfəsimə diqqət yetirdim. Çünki soyuğun dözülməz olduğunu düşünən yalnız ağlımızdır. Təxminən 4 dərəcə suda 2 dəqiqə möhtəşəm təcrübələri mütləq sınamalısınız”.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az