ABŞ Senatında Respublikaçıların lideri 81 yaşlı Mitch Makkonel mətbuat konfransında çıxış edərkən təxminən 21 saniyə donaraq qalıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, senatda ən uzun müddət fəaliyyət göstərən Mitch Makkonel 12 dəqiqə sonra yenidən mətbuat qarşısına çıxıb və "yaxşıyam" deyib.
Beləki, 2026-cı ildə səlahiyyət müddəti başa çatacaq olan Mitch Makkonel martın 8-də Vaşinqtonda bir restoranda beyin sarsıntısı keçirib. Müalicə üçün xəstəxanaya yerləşdirilən Makkonel Senatdakı vəzifəsindən uzaqlaşdırılıb. Müalicəsi başa çatdıqdan sonra aprel ayında vəzifəsinə davam edib.
Makkonel senatdakı çıxışına davam etmədikdə senator Con Barrasso ona yaxınlaşaraq vəziyyəti ilə maraqlanıb. Barrassonun xəbərdarlığından sonra Makkonel komandası ilə birlikdə kürsünü tərk edib. Mitch Makkonel təxminən 12 dəqiqə sonra yenidən mətbuat konfransına qatılıb. Bir jurnalistin vəziyyətin əvvəlki beyin sarsıntısı ilə əlaqəli olub-olmaması ilə bağlı sualına isə o, "Xeyr, yaxşıyam" cavabını verib.
Qeyd edək ki, ABŞ-da davamlı kobud səhvləri və davranışları ilə gündəmdə olan 80 yaşlı prezident Co Bayden başda olmaqla bir çox yüksək rütbəli siyasətçilərin yaşının çox olması diqqət çəkir. Ölkədə keçirilən sorğu nəticəsində məlum olub ki, amerikalıların 61 faizi Konqres üzvlərinin Amerika xalqını təmsil etmək üçün çox yaşlı olmasından narahatdır.
Aygün
Manşet.az