Rusiya prezidenti Vladimir Putin zimbabveli həmkarı Emmerson Mnanqaqvaya prezident helikopterlərindən birini hədiyyə edib.
Manset.az xəbər verir ki, yaxın vaxtlarda Zimbabveyə göndəriləcək helikopterə baxış keçirən Mnanqaqva hər iki ölkənin Qərb sanksiyalarına məruz qaldıqları üçün əməkdaşlıq etməli olduqlarını bildirib.
Zimbabvenin müstəqillik mübarizəsindən bəri Rusiya ilə sıx əlaqələri var.
Afrikadan bir çox rəsmilərin iştirak etdiyi və bu gün Sankt-Peterburqda başlayan Rusiya-Afrika Sammiti sabah başa çatacaq.
Jalə
Manşet.az