İranın Tehran şəhərinin Naziabad küçəsində zibil qutusunda yeni doğulmuş körpə tapılıb.
Manset.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat verib.
Məlumata görə, insanlar təsadüfən yeni doğulan körpənin ağladığını eşidiblər.
Daha sonra zibil qutusunun içərisinə baxdıqda, paketdə körpənin olduğunu görüblər.
Dərhal Təcili Tibbi Yardıma zəng vuraraq məlumat veriblər.