Filippində kiçik bərənin aşması nəticəsində 26 nəfər həlak olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza sahildən cəmi 46 metr aralıda baş verib.
Polis və Sahil Mühafizəsi rəsmiləri bildiriblər ki, bərə güclü külək səbəbindən yelləndiyi zaman sərnişinlər çaxnaşma içində qəfil bir tərəfə sıxılıblar. Nəticədə qayıq əyilib və dayaqları qırılıb. Daha sonra qayıq Binənqonan şəhərindəki estakadadan çıxaraq yaxınlıqdakı adaya yollandıqdan qısa müddət sonra çevrilib.
Səlahiyyətlilər verdiyi açıqlamada ən azı 26 nəfərin öldüyü, 40 nəfərin isə xilas edildiyi bildirilib.
Qeyd edək ki, rəsmilər bərənin maksimum 42 sərnişin və ekipajı daşımalı olduğunu, lakin həddindən artıq yükləndiyini bildiriblər. Həmçinin, müstəntiqlər sərnişinlərin təhlükəsizlik qaydalarına uyğun olaraq xilasedici jilet geyinməməsi ilə bağlı xəbərləri də nəzərdən keçirəcəklər.
Aygün
Manşet.az