Hindistanın Qərbi Benqal əyalətində yaşayan cütlük sosial şəbəkələrdə video çəkə bilmək üçün 8 aylıq körpələrini satıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda maddi sıxıntı yaşadığı bildirilən bir ailə yeni model cib telefonu alıb. Qonşular bu vəziyyəti soruşduqdan sonra ailə 8 aylıq körpəni satdıqlarını etiraf edib.
Cütlük qonşuları tərəfindən polisə şikayət edildikdən sonra polis həm ana, həm atanı, həm də körpəni aparan qadını saxlayıb.
Həmçinin, ailənin 7 yaşlı qızını da satmağa çalışdığı iddia edilib.
Aygün
Manşet.az