Rusiya Afrika ölklərinin 23 milyard dollar borcunu silib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu prezident Vladimir Putin Rusiya-Afrika İqtisadi və Humanitar Forumunda çıxışı zamanı deyib.
Rusiya prezidenti bildirib ki, Afrika ölkələrinin borc yükünü yüngülləşdirmək səylərində ciddi iştirak edir. Bu günə kimi silinmiş borc 23 milyard dollardır. Moskva Afrika qitəsinin inkişafına kömək etmək üçün ticarət imtiyazlarını genişləndirir. Afrika ölkələrindən gələn son müraciətlə 90 milyondan çox vəsait ayrılıb.
Həmçinin, qeyd edək ki, iyulun 27-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika İqtisadi və Humanitar Forumu çərçivəsində Moskva Somalinin 684 milyon dollardan çox dövlət borcunu silib. Bu barədə məlumatı Somalinin baş nazirinin müavini Salah Əhməd Cama yayıb. Onun sözlərinə görə, Rusiya Afrika dövlətinin 7,5 və 684 milyon dollardan çox olan iki borcunu bağışlayır. O vurğulayıb ki, Somali Rusiyaya qalan borcları yeni qrafikə əsasən qaytaracaq.
Aygün
Manşet.az