BBC Android telefonlarında olan bildiriş sistemi Google Alerts-in 6 fevral Türkiyədə baş verən zəlzələlərdə bildiriş göndərib-göndərmədiyini araşdırıb.
Manset.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, zəlzələnin ciddi fəsad verdiyi 3 böyük şəhəri ziyarət edən işçilərin araşdırmasına görə sistem həmin gün işə düşməyib.
BBC-nin araşdırmasına görə isə Kahramanmaraşda baş verən zəlzələlər zamanı hadisədən bir dəqiqə əvvələ qədər xəbərdarlıq edə bilən "Google Alerts" bildiriş sisteminin işə düşmədiyi qeyd olunub.
Google səlahiyyətliləri isə zəlzələdən əvvəl milyonlarla istifadəçinin telefonlarına bildirişlər göndərildiyini bildiriblər. Lakin BBC səlahiyyətliləri araşdırmaları nəticəsində həyəcan siqnalı alan bir şəxslə qarşılaşmadıqlarını vurğulayıblar.
Digər tərəfdən, Google Alerts-dan Micah Berman BBC-yə müsahibəsi zamanı deyib ki, sistem işləyir və həyəcan siqnalı göndərir. Google Alerts-in zəlzələ xəbərdarlığı sistemi Türkiyədə 2021-ci ildən fəaliyyət göstərir. Sistem 4,5 və daha yuxarı bal gücündə zəlzələ aşkar edərsə, tədbir görülməsi üçün Android telefonlarına xəbərdarlıq göndərir.
Aygün
Manşet.az