WhatsApp-a 60 saniyəlik video mesajlaşma funksiyası gəldi

17:35 - 28 İyul 2023

WhatsApp-a 60 saniyəlik video mesajlaşma funksiyası gəldi

WhatsApp söhbət təcrübəsini təkmilləşdirmək üçün yeni funksiyanı işə salıb.

 

Manset.az xəbər verir ki, yeni funksiya istifadəçilərə danışıqlara 60 saniyəlik video mesajlar əlavə etməyə imkan verir. İstifadəçilər WhatsApp-da mesajlaşarkən video çəkə və video mesaj göndərə biləcəklər.

60 saniyəlik mesaj zamanı ön və arxa kameralar arasında keçid edə, mesajı göndərməzdən əvvəl qeydi ləğv və ya videonun uzunluğuna nəzarət etmək mümkün olacaq.

WhatsApp-ın təsvirinə görə, video mesajlar avtomatik olaraq səssiz rejimdə oxunacaq. Videoya toxunduqda isə səs açılacaq. Video mesajlar istifadəçi tərəfindən silinənə qədər söhbət tarixçəsində əlçatan qalacaq. O, həmçinin adi WhatsApp mesajları kimi məxfilik üçün başdan sona şifrələnəcək.

Qeyd edək ki, Meta bir müddət əvvəl WhatsApp-a başqa yeniliklər də əlavə etmişdi. Bunların arasında naməlum WhatsApp zənglərinin susdurulması diqqət çəkdi. Xüsusiyyətin əsas məqsədi fırıldaqçılıq, spam və naməlum nömrələrdən gələn zəngləri avtomatik filtrləmək olacaq.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az