ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərinə qatılmaq niyyətindədir.
Manset.az Haber Global-a istinadən məlumat verir ki, o, bu barədə özü bildirib.
Donald Tramp ona qarşı yeni ittihamlarla bağlıda açıqlama verib.
ABŞ-da bir radio verilişində 3 yeni ittihamla bağlı danışan Tramp, ona qarşı irəli sürülən ittihamlara görə cəzalandırılsa belə, 2024-cü ildə keçiriləcək prezident seçkilərində kampaniyalarını davam etdirəcəyini açıqlayıb.
Ağ Ev üçün namizədliyini geri götürməyəcəyini ifadə edən Tramp, “Heç belə deyil. Konstitusiyada belə bir şey yoxdur. Hətta radikal solçular da heç nə demir. Bu məni dayandıra bilməz. Bu insanlar xəstədir və onların etdikləri tamamilə dəhşətlidir”. deyib.
Qeyd edək ki, Trampın məxfi sənədləri qanunsuz olaraq gizlətdiyinə görə mühakimə olunduğu işdə ona qarşı irəli sürülən ittihamların sayı 40-a çatıb. Genişləndirilmiş ittihamnamədə Tramp işçilərindən Floridadakı malikanəsinin müşahidə kameralarının görüntülərini silməyi xahiş etməkdə günahlandırılıb. Prokurorlar Trampın malikanəsinin meneceri 56 yaşlı Karlos de Oliveyranı ədalət mühakiməsinə mane olmaq üçün sui-qəsddə ittiham ediblər.
İttihama görə, Ədliyyə Nazirliyi müşahidə kameralarının görüntülərini tələb etdikdən sonra Oliveyra Trampın tələbi ilə başqa bir işçiyə videoları silməyi əmr edib. De Oliveyra həmçinin gizli sənədlərlə heç bir əlaqəsi olmadığını iddia edərək FTB-yə yalan ifadə verməkdə ittiham olunub. Prokurorlar həmçinin əvvəllər müxtəlif ittihamlarla ittiham olunan Trampın əməkdaşı Uolt Nautanın da Oliveyra ilə əlbir olduğunu bildiriblər.
8 avqust 2022-ci ildə FTB ən azı 100 məxfi dövlət sənədi tapılıb və Donald Trampın Florida ştatının Palm Beachdəki Mar-a-Laqo malikanəsində araşdırma başladılıb. İstintaq çərçivəsində hazırlanan ittihamnamədə Trampa qarşı 37 ağır ittiham irəli sürülüb. Tramp iyunun 13-də Mayamidə hakim qarşısına çıxıb və ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Trampın 2024-cü il mayın 20-də mühakimə olunacağı açıqlanıb.
Jalə
Manşet.az