Rəqs videosunu paylaşan Madonna: "Hərəkət edə bildiyim üçün şanslıyam" - VİDEO

17:11 - 29 İyul 2023

Rəqs videosunu paylaşan Madonna: \"Hərəkət edə bildiyim üçün şanslıyam\" - VİDEO

"Popun kraliçası" adlandırılan müğənni Madonnanın xəstəxanadan evə buraxıldıqdan sonra ilk görüntüləri yayılıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ağır infeksiyaya yoluxan sənətçi sosial şəbəkədə yeni videosunu paylaşaraq fanatlarına artıq sağaldığını bildirib. 

Madonna yayımladığı videoda rəqs edib.

O, paylaşıma, "Bədənimi yenidən hərəkət etdirə bilmək və yenidən rəqs etməyi bacarmaq mənə dünyanın ən şanslı insanı kimi hisslər verir", - sözlərini də əlavə edib. 

Qeyd edək ki, bakterial infeksiya ilə xəstəxanaya yerləşdirilən amerikalı müğənni Madonna iynun 29-da xəstəxanadan evə buraxılıb. 64 yaşlı müğənni şəxsi təcili yardım maşını ilə Nyu-Yorkdakı evinə aparılıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az