Tailandın Narathivat əyalətinin cənubundakı Sunqaykolok şəhərində pirotexnika anbarında baş vermiş güclü partlayış nəticəsində 9 nəfər ölüb, yüzdən çox insan yaralanıb.
Manset.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, partlayış nəticəsində yerli ticarət mərkəzinə, bazara və 500 m radiusda 150 evə xeyli ziyan dəyib.
Bəzi yaşayış binaları isə tamamilə dağılıb.