Rusiyada təcili yardım həkimləri xəstəni döyüb - VİDEO

09:04 - 31 İyul 2023

Rusiyada təcili yardım həkimləri xəstəni döyüb - VİDEO

Rusiyada təcili yardım həkimləri xəstəni döyüblər.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, onlar çağırışa gəldikləri yerdə yatan adamın üstünə su töküb, təpikləyiblər.

Yerli sakinlər sosial şəbəkədə görüntüləri yayılan tibb işçilərinin davranışından hiddətləniblər.

Regional Səhiyyə Nazirliyi hadisəyə münasibət bildirib. Videoya çəkilən həkimlərin özəl təcili yardım maşınının işçiləri olduğu vurğulanıb.
“Hər halda, həmkarlarımızdan üzr istəyirik. Baş verənlər qətiyyən qəbuledilməzdir”, - nazirlikdən qeyd olunub.

Məlumata görə, artıq xəstəni döyən həkimlər işdən uzaqlaşdırılıb. Hadisə ilə bağlı yoxlamalar başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az