Bred Pitt öz filminin çəkilişlərini dayandırdı - SƏBƏB

09:50 - 31 İyul 2023

Bred Pitt öz filminin çəkilişlərini dayandırdı - SƏBƏB

Bred Pitt əsas rolunu canlandırdığı və prodüseri olduğu "Formula-1" yarışları dünyasında baş verənlərdən bəhs edən "Apogey" filminin çəkilişlərini dayandırıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" qəzetinin məlumatında deyilir.

Aktyorun bu addımı ABŞ Aktyorlar Gildiyasının tətili ilə həmrəylik nümayiş etdirmək məqsədilə atdığı iddia olunur.

Bildirilir ki, Bred prosesin artıq başlamasına baxmayaraq, prodüserləri planlaşdırılan çəkilişləri iki ay təxirə salmağa çağırıb.

Qeyd edək ki, ekran işinin yaradılmasında keçmiş dünya çempionu Lyuis Hemilton iştirak edir.

Film 1990-cı illərdə çıxış etmiş bir yarışçının hekayəsindən bəhs edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az