ABŞ-da 1990-cı ildən fəaliyyət göstərən Wild Wing Cafe restoranlar şəbəkəsi müflis olduğunu açıqlayıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət 10 milyon dollardan 50 milyon dollara qədər aktivlərə və ən azı 10 milyon dollardan 50 milyon dollara qədər borca sahib olduğunu iddia edib.
Quşçuluq toyuqları və müxtəlif souslarla məşhur olan şirkət epidemiyalar və müharibələr səbəbi ilə süni və ya üzvi şəkildə yaşanan iqtisadi böhranlardan təsirləndiyini bildirib.
Qeyd edək ki, ABŞ-da son aylar ard-arda bir sıra restoranlar şəbəkələri bağlanıb. Həmçinin, ABŞ-ın Charlotte bölgəsindəki restoranlarını bağlayan "Back Yard Burgers" fast food şəbəkəsi 11 iflasdan qorunmaq üçün müraciət edib.
Aygün
Manşet.az