“Vaqner” yeni döyüşçü qəbulunu dayandırdı

11:23 - 31 İyul 2023

“Vaqner” yeni döyüşçü qəbulunu dayandırdı

“Vaqner” özəl hərbi şirkəti yeni könüllü döyüşçülərin qəbulunu dayandırıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin rəhbəri Yevgeni Priqojin açıqlayıb. 

Onun sözlərinə görə, şirkət hazırda şəxsi heyətlə bağlı çatışmazlıq yaşamır və yeni döyüşçülərin cəlb edilməsi planlaşdırılmır: “Şirkətin muzdlularının əksəriyyəti Ukraynadakı hərbi fəaliyyətlərdən sonra hazırda məzuniyyətdədirlər”. 

Bununla belə, Priqojin “Vaqner”in tapşırıqlarının əhatə dairəsinin Afrika və Belarusdan kənara çıxarsa yeni döyüşçülərin cəlb edilməsinin istisna edilmədiyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az