Ukraynadakı simvolik abidənin adı dəyişdiriləcək

16:22 - 31 İyul 2023

Ukraynadakı simvolik abidənin adı dəyişdiriləcək

Ukraynanın paytaxtı Kiyevdə nasist-sovet müharibəsinin xatirəsinə ucaldılmış Vətən abidəsinin qalxanından sovet gerbi götürülüb və əvəzində Ukrayna gerbi yerləşdiriləcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, avqustun 24-də ölkənin Müstəqillik Günü öncəsi Mədəniyyət Nazirliyi tərəfindən rəsmən təsdiqləndikdən sonra abidənin adı “Ukrayna-Ana” abidəsi ilə dəyişdiriləcək.

Heykəyə cavabdeh olan İkinci Dünya Müharibəsi Ukrayna Tarixi Milli Muzeyinin baş direktoru Yuri Savçuk yerli mətbuata bildirib ki, qurumun elmi şurası “bir sıra mühüm qərarlar” qəbul edib.

Onlardan biri Vətən abidəsinin adının dəyişdirilərək “Ukrayna-Ana” abidəsi ilə dəyişdirilməsidir. Bu addımın 24 avqust ölkənin Müstəqillik Gününə qədər Mədəniyyət Nazirliyi tərəfindən rəsmən təsdiqlənəcəyi bildirilib.

Qeyd edək ki, Dnepr çayının üzərində ucalan, 102 metr hündürlüyündə olan Vətən abidəsinin sağ əlində 16 metr uzunluğunda qılınc, solunda isə sovet gerbi, oraq-çəkiclə bəzədilmiş qalxan var. 1981-ci ildə Ukrayna əsilli Sovet lideri Leonid Brejnev tərəfindən açılışı edilən heykəl dünyanın ən hündür beşinci heykəli və ölkənin ən hündür abidəsidir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az