Kanadanın Kalqari şəhərinin qərbində dağlıq ərazidə yerləşən Kananaskisdə 6 nəfərin olduğu tək mühərrikli Piper PA-32 qəzaya uğrayıb.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış işləri nəticəsində təyyarənin qalıqları tapılıb. Bildirilib ki, çətin relyef şəraiti səbəbindən uzun axtarışlardan sonra 6 nəfərin cəsədi ailəsinə təhvil verilib.
Kanada Kral Hərbi Hava Qüvvələri yerli vaxtla saat 21:30 radələrində təyyarə ilə əlaqə tamamilə kəsildikdən sonra axtarışlara başlayıb.
Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının qəza ilə bağlı araşdırma apardığı açıqlanıb.
Aygün
Manşet.az