İsrail ordusu 60 milyon dollarlıq müqavilə imzaladı

17:21 - 31 İyul 2023

İsrail ordusu 60 milyon dollarlıq müqavilə imzaladı

İsrail Müdafiə Nazirliyi ABŞ-da yerləşən beynəlxalq müdafiə sənayesi şirkəti "Elbit Systems" ilə 60 milyon dollarlıq artilleriya mərmilərinin alınmasına dair müqavilə imzalayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, müqavilə bir il müddəti əhatə edir və bütün mərmilərin 2024-cü ildə orduya çatdırılması gözlənilir.

İsrail Müdafiə Nazirliyinin istehsal və təchizat üzrə direktoru Zeev Landau bildirib ki, “Elbit Systems” ilə bu razılaşma İsrail ordusunun imkanlarını və müxtəlif döyüş ssenarilərinə hazırlığını artıracaq.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az