İsveçdə yenə “Qurani-Kərim”i yandırdılar

18:30 - 31 İyul 2023

İsveçdə yenə “Qurani-Kərim”i yandırdılar

İsveç parlamentinin qarşısında iki təxribatçı Quran yandırılıb.

 

Manset.az AFP-yə istinaddən bildirir ki, İraqlı mühacir Momika və onun yoldaşı Salvan Najem İsveç parlamenti qarşısında müqəddəs kitabı yandırıblar.

İki təxribatçı Quranı yandırmazdan əvvəl müqəddəs kitabı yerə ataraq tapdalayıb.

İsveçdə məskunlaşmamışdan əvvəl İraqdakı Həşdi Şabi təşkilatının üzvü olan Momikanın əvvəllər etdiyi təxribatlar Türkiyə də daxil olmaqla bir çox ölkədə etirazlara səbəb olub.

Qeyd edək ki, iyulun 20-də təxribatçı İraq səfirliyinin qarşısında Quranı yerə ataraq tapdalayıb.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az