Moskvanın mərkəzinə yenidən PUA hücumu - VİDEO

10:10 - 01 Avqust 2023

Moskvanın mərkəzinə yenidən PUA hücumu - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

 

Manset.az xəbər verir ki, PUA “Moskva-Siti” yaşayış kompleksinin “IQ” məhəlləsində yerləşən 50 mərtəbəli binaya çırpılıb.

İlkin məlumata görə, hücum zamanı xəsarət alan olmayıb. Hadisədən sonra yanğın baş verməyib.

PUA-nın qalıqları artıq tapılıb, ekspertizaya göndərilib. Ərazi hasara alınıb. Təcili yardım xidmətləri hadisə yerindədir.

Moskva meri Sergey Sobyaninin “Telegram” kanalında verdiyi məlumata görə, PUA hücumu nəticəsində 17-ci mərtəbənin şüşələri qırılıb, 21-ci mərtəbənin fasadı zədələnib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az