Sosial şəbəkələrdə vegetarian pəhrizin faydalarını izah edən Janna Samsonova Cənub-Şərqi Asiya səfərində yalnız tropik meyvələr yeyərək dünyasını dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Samsonovanın yaxınları ölüm səbəbinin aclıq olduğunu iddia ediblər.
Rusiya vətəndaşı olan Janna Samsonova Cənub-Şərqi Asiya turnesi zamanı Şri-Lankaya gəlib. Orda fenomenin səhhətində problemlər yaranmağa başlayıb. Dostu Samsonovaya çox zəif və yorğun göründüyü üçün ölkəsinə qayıtmasını istəyib, lakin o, bundan imtina edib.
Samsonovanın vəziyyəti pisləşdiyindən iyulun 21-də xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Samsonovanın anası qızının vəbaya bənzər infeksiyadan öldüyünü irəli sürüb. Lakin araşdırmanın nəticəsi hələ açıqlanmayıb.
Qeyd edək ki, Samsonovanın dostları onun son illərdə yalnız çiy vegan pəhrizində olduğunu və bişmiş heç nə yemədiyini söyləyib. Bildirilib ki, son 7 ildə Samsonova yalnız yerli meyvələrlə qidalanıb. Məlumdur ki, bu meyvələr çox şəkərli və kalorilidir, lakin zülal, vitamin və minerallar baxımından qeyri-kafidir.
Aygün
Manşet.az