Macarıstanda baş nazir Viktor Orbanın partiyası İsveçin NATO-ya üzvlük iddiasını ratifikasiya etmək üçün müxalifət partiyalarının çağırdığı növbədənkənar parlament iclasını boykot edib.
Manset.az xəbər verir ki, nəticədə İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirilməyib. Parlamentdə 2/3 səs çoxluğu əldə oluna bilmədiyi üçün iclas naməlum tarixə təxirə salınıb.
Qeyd edək ki, Macarıstan hökuməti İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə birlikdə hərəkət edəcəyini bəyan etmişdi. Türkiyə hələ də İsveçin NATO-ya üzvlüyünü rəsmən təsdiq etməyib.
Aygün
Manşet.az