Hindistanda qarşıdurma: 5 ölü

15:35 - 01 Avqust 2023

Hindistanda qarşıdurma: 5 ölü

Hindistanın Haryana əyalətində hindu qruplaşması ilə müsəlman qruplaşması arasında baş verən qarşıdurmada 5 nəfər həlak olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, dini parad zamanı baş verən qarşıdurmada 2 nəfər polis əməkdaşı həlak olub, 10 nəfər isə yaralanıb.  

Hadisədən sonra bölgədə komendant saatı elan edilib, qarşıdurma səbəbindən internetə də məhdudiyyət qoyulub.

Haryana əyalətinin səlahiyyətliləri sosial media hesabından verdiyi açıqlamada bildirib ki, cinayətkarlar nə olursa olsun bağışlanmayacaq və onlara qarşı ən sərt cəza veriləcək.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az