Dünya Bankı Əfqanıstan İslam Əmirliyindəki inkişafı yüksək qiymətləndirdi

17:58 - 01 Avqust 2023

Dünya Bankı Əfqanıstan İslam Əmirliyindəki inkişafı yüksək qiymətləndirdi

Dünya Bankının dünən dərc etdiyi hesabatda Əfqanıstan İslam Əmirliyinin hakimiyyətə gəldikdən sonra əldə etdiyi irəliləyişlərin iqtisadi inkişafa səbəb olduğunu vurğulayıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan İslam Əmirliyi Dünya Bankının Əfqanıstandakı iqtisadi inkişaflarla bağlı son hesabatını müsbət qiymətləndirib.

Dünya Bankı hesabatında bildirib ki, inflyasiyanın azalması, yerli ərzaq istehsalının artması və ölkənin valyutası Əfqaninin xarici valyutalar qarşısında möhkəmlənməsi həm ərzaq, həm də qeyri-ərzaq mallarının qiymətlərinin ucuzlaşmasına səbəb olub.

Həmçinin, dövlət işçilərinin maaşlarının vaxtında verildiyi bildirilən hesabatda səhiyyə xidmətlərində də təkmilləşdirmələr aparıldığı qeyd olunub.

Beynəlxalq təşkilatlara müraciət edən İslam Əmirliyi Əfqanıstandakı hadisələrin şəffaf şəkildə paylaşılmasını, ölkədəki real vəziyyətin və atılan addımların bütün dünyaya düzgün izah edilməsini istəyib. Əfqanıstan İslam Əmirliyi də Dünya Bankını Əfqanıstanla bağlı faktları açıqlamağa, həmçinin bankın maliyyələşdirdiyi və hazırda yarımçıq qalmış layihələri yenidən işə salmağa və başa çatdırmağa çağırıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az