Etirazlar bəhrəsini verdi: "X" söküldü

18:00 - 01 Avqust 2023

Etirazlar bəhrəsini verdi: \"X\" söküldü

"Tvitter"in baş qərargahı olan San-Fransisko göydələnindəki nəhəng, parlaq "X" sakinlərin şikayətindən sonra qaldırılıb.

 

Manset.az xəbər verir ki, bələdiyyə məmurları və bəzi sakinlər bu görüntüdən narahat olub. "X"-nin yaydığ işıq səbəbindən şəhər tikinti idarəsinə qısa müddətdə 24 müxtəlif şikayət daxil olub.

"Bu gün səhər bina müfəttişləri onun söküldüyünü müşahidə ediblər. İşıqlandırılmış konstruksiyanı icazəsiz quraşdırdığına görə sahibi cərimələnəcək", - deyə şəhər Tikinti Müfəttişliyi İdarəsinin sözçüsü bildirib.

Ötən həftə sonu ərazidə yaşayan insanlar "Tvitter"in binasında işığın narahatedici intensivliyini göstərən videolar paylaşıblar.

Xatırladaq ki, İlon Mask bu yaxınlarda "Tvitter" sosial media platformasının adını və loqosunu "X" ilə dəyişdirib. Daha sonra o, San-Fransiskodakı Market Strit qərargahının damında nəhəng "X" loqosu yerləşdirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az