Sirli obyektin nə olduğu açıqlandı

18:05 - 01 Avqust 2023

Sirli obyektin nə olduğu açıqlandı

Avstraliya Kosmik Agentliyi Qərbi Avstraliyanın Pert şəhərinin şimalında, Qrin Hed yaxınlığında tapılan nəhəng silindrin Hindistan raketinin bir hissəsi olduğunu açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, iyulun əvvəlində tapılan təxminən 2,5 metr hündürlüyündə olan silindr tapıntı qəzaya uğramış bir təyyarənin bir hissəsi ola biləcəyinə dair nəzəriyyələr formalaşıb. Lakin kosmik agentlik araşdırmaların ardından bunun qütb peyk daşıyıcısının bir hissəsi olduğu qənaətinə gəldiyini bildirib.

PSLV (Polar Satellite Launch Vehicle) Hindistan Kosmik Tədqiqatlar Təşkilatı tərəfindən idarə olunan orta qaldırıcı daşıyıcı raketdir. Təşkilat son aylarda fəallaşıb və ən son peyk buraxılışı bazar günü uğurla başa çatıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az