Polşa Belarusla sərhəddə qoşunlarının sayını artırdı

11:17 - 02 Avqust 2023

Polşa Belarusla sərhəddə qoşunlarının sayını artırdı

Polşa Belarus ilə sərhəddə qoşunlarının sayını artırmaq və bölgəyə əlavə qüvvələr, o cümlədən döyüş helikopterləri yerləşdirmək qərarına gəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi yazılı açıqlama yayıb.

Açıqlamada sərhədə yaxın iki Belarus helikopterinin Polşanın hava məkanını pozduğu vurğulanıb:

"Belarus tərəfi daha əvvəl Polşa tərəfini təlimlə bağlı məlumatlandırmışdı. Sərhəd keçidi Bialovieza bölgəsində radar sistemləri tərəfindən aşkarlanmağı çətinləşdirən çox alçaq bir hündürlükdə uçuş həyata keçirilmişdi”.  

Həmçinin, açıqlamada hadisə ilə bağlı NATO-nun məlumatlandırıldığı bildirilib.

Qeyd edək ki, müdafiə naziri Mariuş Blaşçak sərhəddə qoşunların sayının artırılması və bölgəyə əlavə qüvvələrin, o cümlədən döyüş helikopterlərinin göndərilməsi barədə göstəriş verib. Bəyanatda qeyd olunub ki, Belarusun müvəqqəti işlər vəkili baş vermiş insidenti izah etmək üçün Polşa Xarici İşlər Nazirliyinə çağırılacaq.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az