Alimlər hansı insanların daha tez qocaldığını açıqladı

11:58 - 02 Avqust 2023

Alimlər hansı insanların daha tez qocaldığını açıqladı

ABŞ-ın Duke Universitetinin psixoloqları tərəfindən aparılan araşdırmaya əsasən antisosial davranışa meylli insanlar daha tez qocalır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Journal of Environmental Research and Public Health” jurnalında dərc olunan məqalədə deyilir.

Beləki, alimlər Yeni Zelandiyada 1972-ci ilin aprelindən 1973-cü ilin martına qədər doğulmuş 45 yaşlarında tibbi və psixoloji müayinədən keçmiş 1037 nəfər üzərində araşdırma aparıblar.   

Məlum olub ki, antisosial davranış tarixi olan iştirakçıların bioloji qocalması əhəmiyyətli dərəcədə sürətlənib. Tədqiqat hesabatına görə, 45 yaşında antisosial davranışa sahib olanlar digərlərindən orta hesabla 4,3 dəfə yaşlı idilər.

Qeyd edək ki, antisosial olmaq psixologiyada sosial normaları pozan, başqalarının hüquqlarına etinasızlıq göstərən, çox vaxt empatiya və ya peşmançılıq hissi ilə əlaqələndirilən (aldatma, təcavüz, oğurluq, zorakılıq, yalan) davranışlardır.  

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az