Rusiyada hidrotəyyarə qəzaya uğradı: Ölənlər var - VİDEO

13:37 - 02 Avqust 2023

Rusiyada hidrotəyyarə qəzaya uğradı: Ölənlər var - VİDEO

Rusiyanın Krasnoyarsk diyarının şimalında hidro-təyyarə qəzaya uğrayıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat verib.

Qeyd olunur ki, bu gün saat 11:00 radələrində Krasnoyarsk diyarının Taymır Dolqano-Neneski rayonunun Dudinka şəhərində, Lesobirj sənaye zonası ərazisində şəxsi hidro-təyyarə Dudinka çayı akvatoriyasından havaya qalxan zaman qəzaya uğrayıb.

Təyyarədə iki nəfərin olduğu və ikisinin də həyatını itirdiyi qeyd edilib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Hadisənin səbəbləri araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az