NASA-nın məlumatına görə Webb teleskopu mükəmməl sual işarəsi şəklində kosmik obyekt aşkar edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, teleskop bu qəribə obyekti Yerdən 1470 işıq ili uzaqlıqda yerləşən Vela bürcündə iki gənc ulduzu müşahidə edərkən tapıb. Sözügedən obyekt Herbig-Haro 46 və 47 adlı iki ulduzun bir az altında yerləşir.
Obyektin dəqiq nə olduğunu müəyyən etmək mümkün olmayıb. Lakin alimlər onun rənginə və formasına əsaslanaraq bəzi proqnozlar veriblər.
Elm İnstitutunun nümayəndələrinin sözlərinə görə uzaq qalaktika və ya əlaqədə olan qalaktikaların bir-biri ilə qarşılıqlı əlaqəsi bu cür sual işarəsi şəklini almağa vadar edə bilər. Tədqiqatçılar obyektin qırmızı görünüşünə əsasən onun mövqeyinin Yerdən çox uzaqda olduğunu düşünürlər. Mütəxəssislər bu obyekti ilk dəfə gördüklərini qeyd ediblər. Həmçinin, bildiriblər ki, birləşmələr nə qədər xaotik olsa da, obyektlərin əyri quyruqlarını bu şəkildə uzatması olduqca tipikdir.
Aygün
Manşet.az