Daha bir ölkədə “TikTok” qadağan edildi

17:31 - 02 Avqust 2023

Daha bir ölkədə “TikTok” qadağan edildi

Seneqalda “TikTok” sosial media platformasına giriş bağlanıb.

 

Manset.az xəbər verir ki, Seneqal Rabitə Nazirliyindən verilən yazılı açıqlamada TikTok-un növbəti xəbərdarlığa qədər bloklandığı haqqında məlumat verilib.

Açıqlamada bildirilib ki, “TikTok” ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün pis niyyətli insanların seçdiyi proqramdır.

Qeyd edək ki, Seneqalda iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra ictimai asayişi pozacaq sosial mediada nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil interneti kəsib. Sonko iyulun 28-i cümə günü jandarma tərəfindən saxlanılıb və hadisədən əvvəl tərəfdarlarını sosial şəbəkədə hərəkətə keçməyə çağırıb. Müxalifət lideri Sonko "iğtişaşa çağırmaq" ittihamı ilə həbs edilib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az