Hindistanın “Riemann Labs” əczaçılıq şirkəti tərəfindən hazırlanan öskürək siropunu qəbul etdikdən sonra Kamerunda 4 uşaq ölüb.
Manset.az bildirir ki, Hindistan Səhiyyə Nazirliyindən verilən açıqlamada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Kamerunda 4 uşağın ölümü ilə əlaqədar öskürək siropu halları ilə bağlı xəbərdarlıq edildiyi və mövzu ilə bağlı məlumat tələb edildiyi bildirilib.
Hindistanda yerli mətbuatın məlumatına görə, Kamerunda son aylarda uşaq ölümləri Hindistanda yerləşən şirkətlər tərəfindən istehsal olunan öskürək siropları ilə əlaqələndirilir.
Mərkəzi Əczaçılıq Standartlarına Nəzarət Təşkilatı (CDSCO) və bölgədəki səlahiyyətlilərin Hindistan mərkəzli əczaçılıq şirkəti Riemann Labs-ı birgə yoxladığı ifadə edilən açıqlamada, səlahiyyətlilərin tapıntılardan sonra şirkətin dərman istehsalını dayandırmağa qərar verdiyi bildirilib.
Jalə
Manşet.az