Braziliyanın Rio-de-Janeyro, Sao Paulo və Bahia əyalətlərində polisin narkotik qruplarına qarşı keçirdiyi reydlərdə 43 nəfər həyatını itirib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Rio-de-Janeyroda polis ilə narkotik dəstə arasında baş verən qarşıdurma zamanı 10 nəfər həlak olub. Ölənlər arasında dəstənin lideri də var.
Sao Paulo əyalətində xüsusi təyinatlı polis məmurunun öldürülməsindən sonra başladılan Qalxan əməliyyatı 5 gün davam edib. Basqınlarda 14 nəfər həyatını itirib. Polis 58 nəfəri saxlayıb və onlardan 385 kiloqram narkotik vasitə götürüb.
Bundan başqa, Bahia əyalətində də narkotik qruplarına qarşı əməliyyat zamanı polis 19 şübhəlini zərərsizləşdirib. Həmçinin, əməliyyatda çoxlu sayda silah və sursat ələ keçirilib.
Qeyd edək ki, narkotik ticarəti və zorakılıq Braziliyada uzun müddətdir davam edən ciddi problemdir. Ölkə dünyada ən yüksək cinayət nisbətinə malikdir.
Aygün
Manşet.az