Baş nazir onu "faşist" adlandıran müğənnini məhkəməyə verdi

10:47 - 03 Avqust 2023

Baş nazir onu \"faşist\" adlandıran müğənnini məhkəməyə verdi

İtaliyanın baş naziri Corciya Meloni "Placebo" qrupunun solisti Brayan Molkonun Turində verdiyi konsertdə siyasətçini "faşist, irqçi" adlandırmasından sonra məhkəməyə müraciət edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, müğənni italiyalı məmuru təhqir edib.

Molkonun tamaşaçılardan çıxışını çəkməməyi xahiş etməsinə baxmayaraq, həmin anın video lenti internetdə yayılıb.

Molko LGBT hüquqlarını qorumaq çağırışı da daxil olmaqla müxtəlif mövzularda 10.000 pərəstişkarına müraciət edib.

Turin şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.

İtaliya Cinayət məcəlləsinə görə, hökuməti, parlamenti və ya ordunu açıq şəkildə təhqir edən hər kəs 5000 avroya qədər cərimələnə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az