ABŞ-ın paytaxtı Vaşinqtonda Konqres binasına silahlı hücum ilə bağlı həyəcan siqnalının saxta olduğu ortaya çıxıb.
Manset.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, Konqres binasına silahlı hücum ilə bağlı həyəcan siqnalı verildikdən sonra bölgəyə çoxlu polis qrupu göndərilib və binadakı personal təxliyə edilib. Tətil ilə əlaqədar binada az sayda işçinin olduğu bildirilib.
Polisinin açıqlamasına görə hazırda aktiv təhlükə yoxdur.
Vaşinqton Polis Departamentinin sözçüsü Hugh Carrew Konqres binasında silahlı şəxs haqqında məlumatın yalan olduğunu və aparılan axtarışda silahlı şəxs tapılmadığını bildirib.
Aygün
Manşet.az