Ukraynaya məxsus 6 PUA məhv edildi - Rusiya

11:13 - 03 Avqust 2023

Ukraynaya məxsus 6 PUA məhv edildi - Rusiya

Rusiya Müdafiə Nazirliyi paytaxt Moskvanın qərbindəki Kaluqa bölgəsi üzərində Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum cəhdinin qarşısını alındığını açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Ukraynaya məxsus 6 PUA-nın hamısını məhv etdiyi barədə məlumat paylaşıb. Açıqlamada bloklanan hücum nəticəsində can itkisi və ya tələfatın olmadığı bildirilib.

Qeyd edək ki, iyulun 24 və 28-də Ukrayna PUA-larla Moskvaya hücumlar həyata keçirib, itki və xəsarət alan olmayıb. Həmçinin, iyulun 30-u və avqustun 1-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz təyyarələrlə Moskva və Moskva ətrafına hücuma cəhd etdiyini açıqlayıb. Hər iki hücumda PUA Moskva-Siti bölgəsində göydələni vuraraq binaya ziyan vurub.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az