ABŞ və Şimali Koreya arasında yüksək gərginlik

12:35 - 03 Avqust 2023

ABŞ və Şimali Koreya arasında yüksək gərginlik

Şimali Koreya iyulun 18-də ərazisinə icazəsiz keçən 23 yaşlı amerikalı Travis Kinqin saxlandığını təsdiqləyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, lakin hələlik Şimali Koreyadan Travis Kinqin saxlanması ilə bağlı rəsmi açıqlama verilməyib.

Birləşmiş Millətlər Təşkilatı Komandanlığından (UNC) verilən açıqlamaya görə Cənubi Koreyadan Şimali Koreyaya icazəsiz keçən 23 yaşlı amerikalının ABŞ-a sağ-salamat qayıtması üçün ətraflı cavab alınmayıb.

Qeyd edək ki, Travis Kinqin Şimali Koreyaya getməzdən əvvəl Cənubi Koreyada hakim qarşısına çıxdığı məlum olub. Kinq Cənubi Koreyada ictimai əmlaka ziyan vurmaq və gecə klubunda bir şəxsə qarşı zorakılıq etmək ittihamı ilə mühakimə olunub. İyulun 10-da Cənubi Koreyada azadlığa buraxılan Kinqin Şimali Koreyaya nə üçün keçdiyi dəqiq məlum deyil.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az