Türkiyədə, İzmir şəhərinin Buca rayonunda əyləncə parkında yelləncək ağaca çırpılıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki,nəticədə 6 nəfər xəsarət alıb.
Məlumata görə, lunaparkda əylənən bir qrup şəxs yelləncəkə minib.
Bir müddət sonra enərkən naməlum səbəbdən bağlanmayan yelləncək əvvəlcə sağa-sola doğru hərəkət edib, daha sonra ağaca çırpılıb. Yelləncəkdə olan 6 nəfər yaralanıb. Hadisə yerinə jandarma və tibb işçiləri cəlb olunub.
Yaralıların həyatı üçün təhlükə yoxdur. Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.