Türkiyədə Bülent Cankurtun “Sabah” qəzetində dərc olunan “Sağlam qıza xərçəng diaqnozu qoyuldu” xəbəri böyük bir çaşqınlığa səbəb olub.
Manset.az HaberGlobal-a istinadən xəbər verir ki, İzmirin zəngin ailələrindən olan Kardıçalı ailəsinin 26 yaşlı qızları Sena sinəsində kütlə hiss etdikdə anası onu həkimə aparıb. Qızın döş qəfəsindən nümunə götürülüb. Məlum olub ki, qızda tez yayılan bir xərçəng növü var və dərhal döşün götürülməsi vacibdir.
Ailə qızlarının müalicəsi üçün İstanbula gəlib. İstanbulda həkim Senanın çox gənc olduğunu və döşünü götürmədən öncə müalicəni sınamağı təklif edib. Beləliklə, dərhal kimyaterapiyaya başlayıblar.
İlk kimyaterapiya seansının ertəsi günü İzmirdəki laboratoriya sahibi qızın ailəsinə zəng edərək analiz cavablarının qarışdığını və qızının xərçəng olmadığını deyib.
Ailə lazımsız yerə kimyaterapiya aldığı, psixoloji cəhətdən sarsıntı keçirməsi və səhv diaqnoza görə qızın döşünün götürülə biləcəyi səbəbindən laboratoriyanı məhkəməyə verib.
Aygün
Manşet.az