İsveçin paytaxtı Stokholmda Qurani-Kərimə qarşı yeni təxribat hadisəsi baş verib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdə 47 yaşlı İran əsilli Bayrami Mərcan adlı şəxs polisin himayəsi altında Qurani-Kərimin yandırılması ilə bütün dinlərin məhv edilməsinin lazım olduğunu müdafiə edib. Hadisə Stokholmun Bromma rayonundakı Angbybadet çimərliyində baş verib.
Həmin şəxs Quranı yandırarkən polis ərazidə təhlükəsizlik tədbirləri görüb.
Aygün
Manşet.az