İran son bir ayda 43 mindən çox əfqanı deportasiya etdi

17:46 - 03 Avqust 2023

İran son bir ayda 43 mindən çox əfqanı deportasiya etdi

Taliban son bir ayda 43 mindən çox əfqanın İran tərəfindən deportasiya edildiyini, 46 min əfqanın isə öz istəyi ilə ölkələrinə qayıtdığını açıqlayıb.

 

Manset.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, mövzu ilə bağlı Taliban müvəqqəti hökumətinin immiqrasiya və qayıdış nazirinin müavini Əbdürrəhman Rəşid mətbuata açıqlama verib.

İran rəsmiləri isə vaxtaşırı verdiyi açıqlamalarda İranda təxminən 5 milyon əfqanın yaşadığını bildirib.

Qeyd edək ki, İran əfqanları əsasən Herat və Nimruz əyalətlərindəki sərhəd keçid məntəqələri vasitəsilə deportasiya edir. Bu deportasiyalar zaman-zaman artır.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az